ABŞ prezidenti Donald Tramp Annapolis şəhərində "Capital Gazette"nin binasına edilmiş silahlı hücum nəticəsində həyatını itirən 5 nəfərin matəmi üçün bir günlük bayraqların endirilməsi təlimatını verib.
"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, Ağ Ev rəhbəri yazılı açıqlamasında ölənlərin yaxınlarının kədərini paylaşdığını və onların xatirəsinə hörmət əlaməti olaraq ölkədə və xaricdəki səfirliklərdə bu gün bayraqların endirilməsi göstərişini verdiyini bildirib.
Qeyd edək ki, "Capital Gazette" redaksiyasına edilən hücum ABŞ tarixində ən dəhşətli media hücumu olaraq qeydə alınıb. Silahlı basqına görə 38 yaşlı Carrod Ramos şübhəli şəxs kimi həbs edilib. Hazırda istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər