ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 50-ni ötdü

abs-da-binanin-cokmesi-neticesinde-olenlerin-sayi-50-ni-otdu
Oxunma sayı: 905

ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

“Gün ərzində xilasedicilər daha səkkiz nəfərin cəsədini dağıntıların altından çıxarmağa nail olublar”, - o deyib.

Kavanın sözlərinə görə, 86 nəfərin taleyi hələ də naməlum olaraq qalır.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.