ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.
“Daha dörd nəfərin cəsədi tapılıb”, - deyə o qeyd edib.
Kavanın sözlərinə görə, 64 nəfərin həlak olması təsdiqlənib. Dairə başçısı əlavə edib ki, 76 nəfərin taleyi naməlum olaraq qalır.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. Hadisə nəticəsində 140 nəfərin həlak olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər