ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 75-i ötdü

abs-da-binanin-cokmesi-neticesinde-olenlerin-sayi-75-i-otdu
Oxunma sayı: 1374

ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 79-a çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

“Daha 1 nəfərin cəsədini aşkarladıq”, - deyə o qeyd edib.

Kavanın sözlərinə görə, 79 nəfərin həlak olması təsdiqlənib. Dairə başçısı əlavə edib ki, 61 nəfərin taleyi naməlum olaraq qalır.  

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. Hadisə nəticəsində 140 nəfərin həlak olduğu bildirilir.