ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 85-i ötdü

abs-da-binanin-cokmesi-neticesinde-olenlerin-sayi-85-i-otdu
Oxunma sayı: 1370

ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 86-ya çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

“Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq. Ölənlərin ümumi sayı hazırda 86 təşkil edir”, - deyə o qeyd edib.

Dairə başçısı əlavə edib ki, 43 nəfərin taleyi naməlum olaraq qalır.  

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. Hadisə nəticəsində 140 nəfərin həlak olduğu bildirilir.