ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 90-a çatdı

abs-da-binanin-cokmesi-neticesinde-olenlerin-sayi-90-a-catdi
Oxunma sayı: 990

ABŞ-ın Florida ştatında – Mayami şəhərinin Sörfsayd bölgəsində 13 mərtəbəli binanın çökməsi nəticəsində cəsədi tapılanların sayı 90-a yüksəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 31 nəfərdən hələlik məlumat yoxdur.

Meyiti tapılan 90 nəfərdən 71-nin kimliyi müəyyənləşdirilib.

Bildirilib ki, çökmədən 14 gün keçdiyi üçün dağıntılar altından sağ insan çıxarılması ehtimalı yoxdur, axtarışlar meyitləri tapmaq və dağıntıları aradan qaldırmaq məqsədi daşıyır.