ABŞ-ın Florida ştatının Sörfsayd şəhərində uçmuş binanın dağıntıları altından daha 4 nəfərin meyiti tapılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 94 nəfərə yüksəlib. Onlardan 84-nün şəxsiyyəti müəyyənləşib. Daha 22 nəfərin axtarışları isə davam etdirilir. Ümumilikdə 222 nəfərin taleyi məlumdur.
Qeyd edək ki, Sörfsaydda bina iyunun 24-də çöküb.
Son xəbərlər
Son Xəbərlər