ABŞ-da bir gündə 40-dan çox zəlzələ oldu

abs-da-bir-gunde-40-dan-cox-zelzele-oldu
Oxunma sayı: 865

Şimali Amerikanın ən aktiv xətlərindən birində son sutkada 40-dan çox zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sakit Okean Şimal-qərbi Seysmik Şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-qərbindəki Oreqon ştatı sahilindəki Nyu-Port şəhərinin 350-400 kilometrliyindəki zəlzələlər dekabrın 7-də səhər saatlarında başlayıb.

Yeraltı təkanların 3,5-5,8 bal arasında olduğu, 13-nün isə 5 baldan çox təşkil etdiyi qeyd olunub.

Zəlzələlərin sunamiyə səbəb olma riskinin olmadığı bildirilib.