ABŞ-da bu ağacı kəsənlər mükafatlandırılacaq

abs-da-bu-agaci-kesenler-mukafatlandirilacaq
Oxunma sayı: 4656

ABŞ-ın Şimali Karolina ştatının hakimiyyət orqanları Bradford armud ağacını kəsən insanları mükafatlandırmaq istəyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, ağacın dəhşətli qoxu yayması ilə əlaqədardır.

Bu ağacın ilk tumurcuqları XX əsrin əvvəllərində Asiya ölkələrindən ABŞ-a gətirilib. 1960-cı illərə qədər bitkinin populyasiyası artıb - insanlar onun çiçəkləməsini bəyəniblər. Lakin çiçəklərdən gələn qoxu insanlara pis təsir edir.

Bildirilir ki, Şimali Karolina Meşə Təsərrüfatı Komissiyası ağacı 2024-cü ilə qədər qadağan etmək istəyir.