ABŞ da bu ölkələrdən girişə qadağa qoydu

abs-da-bu-olkelerden-girise-qadaga-qoydu
Oxunma sayı: 1989

ABŞ Prezidenti Co Bayden Cənubi Afrikada ortaya çıxan yeni COVID-19 ştamı ilə bağlı yazılı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ yeni növ koronavirusun yeni ştamı səbəbindən bazar ertəsindən etibarən Cənubi Afrika və 7 Afrika ölkəsinə səyahət məhdudiyyəti tətbiq edəcək.

Bayden Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə səyahət məhdudiyyətlərinin tətbiq ediləcəyini bildirib.

Bu məhdudiyyət çərçivəsində ABŞ vətəndaşı və ya rezidenti olmayan insanlar bu ölkələrdən ABŞ-a gedə bilməyəcəklər.

Həmçinin oxuyun: Türkiyədən “Nu” ştamı ilə bağlı - Qərar

Aİ-dən bu ölkələrdən gələnlərə qadağa

Rusiya bu ölkələrdən gələnlərin girişini məhdudlaşdıracaq