ABŞ-da cinsi azlıq nazir təyin olundu

abs-da-cinsi-azliq-nazir-teyin-olundu
Oxunma sayı: 3053

ABŞ Senatı səsvermə keçirərək Pit Buttedcacı ölkənin nəqliyyat naziri postuna təsdiq edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Buttedcac bundan əvvəl hazırkı prezident Co Baydenlə birlikdə ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd göstərilməsi üçün müraciət etmişdi. 2020-ci ilin martında o, seçki marafonundan çəkilərək daha sonra Baydenin namizədliyini dəstəkləmişdi.

Buttedcac 2012-2020-ci illərdə İndiana ştatının Saut-Bend şəhərinin meri olub.

Qeyd edək ki, yeni nazir açıq şəkildə homoseksual olduğunu bəyan edib.