ABŞ-da COVID-19-dan gündəlik ölüm halı artır

ABŞ-da COVID-19-dan gündəlik ölüm halı artır
Oxunma sayı: 623

ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəlik səbəbi ilə gündəlik ölüm halları artmaqdadır. “Qafqazinfo” bildirir ki, bu barədə “CNN” telekanalı federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatlarına istinadən xəbər verib.

Mütəxəssislərin hesablamalarına görə, ötən gün ABŞ ərazisində koronavirus səbəbindən 1 293 nəfər ölüb. “CNN” qeyd edir ki, bu, 19 avqustdan indiyədək gündəlik ölümün ən yüksək göstəricisidir.

ABŞ-da koronavirusa yoluxma gündəlik orta hesabla ötən həftə ilə müqayisədə 5% artıb və 38 037 hal təşkil edir.

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da ümumilikdə 6,62 milyondan çox insanda koronavirus aşkarlanıb, 196,4 mindən çox insan bu virusdan ölüb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi