ABŞ-da COVID-19-dan ölənlərin sayı 150 mini ötdü

abs-da-covid-19-dan-olenlerin-sayi-150-mini-otdu
Oxunma sayı: 1019

ABŞ-da son sutka ərzində daha 11 736 nəfərdə koronavirus aşkarlanıb, 269 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 4 445 146-ya, virus qurbanlarının sayı isə 150 713-ə yüksəlib.

Bundan əlavə, indiyədək 2 138 596 nəfər sağalıb. Ölkədə 2 155 837 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 19 100-nün vəziyyəti ağır qiymətləndirilir.