ABŞ-da daha 1634 nəfər koronavirusdan öldü

abs-da-daha-1634-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1354

ABŞ-da son sutka ərzində koronavirusdan 1 634 nəfər dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 19 325-ə çatıb.

Gün ərzində virusa yoluxanların sayı isə 24 521 nəfərdir.

Qeyd edək ki, indiyədək ABŞ-da 493 087 yoluxma faktı qeydə alınıb. Onlardan 26 783-ü sağalıb.