ABŞ-da daha bir atışma - 10 ölü, 26 yaralı + Video + Yenilənib

abs-da-daha-bir-atisma
Oxunma sayı: 2603

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma baş verib.  

“Qafqazinfo” "Dayton Daily News" qəzetinə istinadən xəbər verir ki, insident nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Xatırladaq ki, bundan əvvəl avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Sielo Vista ticarət mərkəzində silahlı şəxsin insanlara  atəş açması nəticəsində 20 nəfər ölüb.

***

Atışma nəticəsində yaralananların sayı 26 nəfərə çatıb. Bu barədə yerli polisin məlumatında bildirilir.