ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Çed Vulf bazar ertəsi istefaya gedir.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə onun nazirlik əməkdaşlarına ünvanladığı məktubda deyilir.
“Bu gün 23:59-dan (Bakı vaxtı ilə çərşənbə axşamı günü saat 8:59-red.) mən nazir əvəzedicisi səlahiyyətlərini tərk edirəm. Mən bu addımı təəssüflə atıram, çünki hazırkı administrasiyanın müddətinin sonuna qədər işləmək niyyətində idim”, - ötən həftə istefaya getməyəcəyini deyən Vulf qeyd edib.
Daha əvvəl təhsil naziri Betsi Devos və nəqliyyat naziri Eleyn Çao istefa veriblər.
Son xəbərlər
Son Xəbərlər