ABŞ-da dəhşətli hadisə

abs-da-dehsetli-hadise
Oxunma sayı: 3435

Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində 4 yaşlı qızı 5 yaşlı doğma qardaşı tapançadan açdığı atəş nəticəsində öldürüb.

"Qafqazinfo" Oxu.Az-a istinadən xəbər verir ki, yerli polisdən bildiriblər ki, hadisə şəhərin Kensinqston rayonunda yerli vaxtla təxminən 2:30 radələrində baş verib.

Hadisə yerinə gələn həkimlər azyaşlı qızın həyatını xilas edə bilməyiblər.

Polis çavuşu Erik Qripp qeyd edib ki, hüquq-mühafizə orqanları hadisə zamanı evdə böyüklərdən kimin olmasını araşdırır. O, həmçinin əlavə edib ki, tapança uşaqların anasının dostuna məxsusdur.

Silah polis tərəfindən maddi sübut kimi götürülüb, kişi isə axtarışa verilib.