ABŞ-da “Delta” ştammı təhlükəsi böyüyür

abs-da-delta-stammi-tehlukesi-boyuyur
Oxunma sayı: 1069

ABŞ-ın “Amazon”, “BlackRock” və “Wells Fargo” kimi böyük şirkətləri koronavirusun “Delta” ştammının təsiri ilə yoluxma sayının sürətlə artmasına görə ofisə dönüş tarixlərini təxirə salmaq qərarı alıblar.

“Qafqazinfo” xəbər verir ki, “Amazon” sentyabrın 7-nə planlaşdırdığı ofisə dönüş tarixini oktyabrın 3-dən təxirə salıb.

ABŞ-ın ən böyük banklarından olan “Wells Fargo” əməkdaşları da oktyabrın 4-dən evdən işləməli olacaqlar. Bankda daha əvvəl sentyabrın 7-də işə qayıtmaq nəzərdə tutulmuşdu

“BlackRock” isə 1 oktyabradək evdən işləməyə qərar verib.