ABŞ Əfqanıstandan heyət və təchizatını çıxarmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, çəkilmə prosesi başlayıb:
“Təbii ki, bu hələ çəkilmənin ilk mərhələsidir. Hələ çox sayda heyət və təchizat çəkilməyib, amma proses başlayıb”.
Dəqiq rəqəm açıqlanmasa da, hərbi və mülki olmaqla, 100-ə qədər şəxsin və təchizatın Əfqanıstandan çıxarıldığı qeyd edilib.
Qeyd edək ki, NATO da Əfqanıstandakı Qərarlı Dəstək Missiyası qüvvələrinin ölkədən çıxarılmasına başlanıldığı barədə məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər