ABŞ-da ən çox yoluxma bu ştatlardadır

abs-da-en-cox-yoluxma-bu-statlardadir
Oxunma sayı: 1410

ABŞ-da ötən gün ərzində 59,4 min insanda koronavirus yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord göstərici qeydə alınıb.

"Qafqazinfo" "The New York Times"a istinadən xəbər verir ki, ötən gün ərzində qeydə alınan yoluxma hallarının sayına görə ilk beşlikdə Missuri, Texas, Tennesi, Yuta və Qərbi Virciniya ştatları qərarlaşıb.

Texasda son 24 saat ərzində 9,9 mindən çox yoluxma faktının aşkarlandığı bildirilib. Bu ştatda belə yüksək göstəricinin qeydə alındığı 3-cü gündür.

Arizona ştatında isə infeksiyanın sürətli yayılması səhiyyə sisteminin ciddi yüklənməsinə səbəb olub. 

Qeyd edək ki, ABŞ-da bu günə qədər 3 159 514 insan koronavirusa yoluxub, 134 873 insan isə xəstəlik səbəbindən həyatını itirib.