ABŞ-da ənənəvi iftar süfrəsi ləğv olundu - Ərdoğandan sərt çıxış

abs-da-enenevi-iftar-sufresi-legv-olundu
Oxunma sayı: 639

ABŞ Xarici İşlər Nazirliyi ölkədə hər Ramazan ayında müsəlmanlara verilən iftar süfrəsini bu il ləğv edib.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepedə çıxışı zamanı ABŞ hökumətinin bu qərarını tənqid edib.

“Amerikada bu günə qədər vərdiş olunmuş bir ənənə vardı. Demək olar ki, hər Ramazanda XİN rəhbərləri ölkədə yaşayan müsəlmanlara iftar verirdi.Lakin bu Ramazanda XİN iftarı ləğv etdi. Bəs deyirdilər ayrıseçkilik yoxdur? Bəs siz dini azadlığa qarşı deyildiniz. Yaxşı, onda bu etdiyiniz nədir?”, - deyə Ərdoğan bildirib.