ABŞ-da evə silahlı hücum, 5 nəfər öldürüldü

abs-da-eve-silahli-hucum-5-nefer-olduruldu
Oxunma sayı: 1253

ABŞ-ın Şimali Karolina ştatında ailənin 4 üzvü və 1 nəfər qulluqçusu güllələnərək qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. Bildirilir ki, Riber Lesli və həyat yoldaşı Barbara Lesli, onların 2 azyaşlı nəvəsi odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Beşinci ölən şəxs isə onların evində işləyən Ceyms Lyuisdir.

Daha bir nəfərin yaralandığı bildirilir. Şübhəli şəxs qonşuluqdakı evdən tapılaraq polis bölməsinə aparılıb.