ABŞ-da əyləncə mərkəzinə silahlı hücum - 4 ölü, 11 yaralı

abs-da-eylence-merkezine-silahli-hucum
Oxunma sayı: 2121

ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində əyləncə mərkəzinə silahlı hücum olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb. Polisin bildirdiyinə görə, silahlı hücum video-oyunlar üzrə keçirilən turnir zamanı edilib.

Ölənlərin sayının artacağı istisna olunmur.