ABŞ-da fondun puluna maşın aldı, 20 il həbs verildi

abs-da-fondun-puluna-masin-aldi-20-il-hebs-verildi
Oxunma sayı: 838

ABŞ-ın Florida əyalətində Koronavirusla Mübarizədə Yardım Fonduna qarşı fırıldaqçılıq edən şəxsə 20 ilə qədər həbs cəzası verilib.

“Qafqazinfo” xəbər verir ki, Keyt Vilyam Nikoletta saxta biznes yolu ilə koronavirus pandemiyasından zərər çəkən sahibkarların əməkdaşlarına maaşlarını ödəyə bilməsi üçün yaradılan Maaş Qoruma Proqramından 1,9 milyon dollar yardım pulu alıb.

O, aldığı pulu iş yerinin ehtiyaclarına xərcləmək əvəzinə özünə lüks avtomobil və daşınmaz əmlak alıb. Bu səbəbdən sahibkara 20 ilə qədər həbs cəzası verilib, aldığı əmlaklara isə dövlət həbs qoyub.