ABŞ-da gecə klubunda atışma - 50 ölü, 53 yaralı + Yenilənib

abs-da-gece-klubunda-atisma
Oxunma sayı: 3308

Florida ştatının Orlando şəhərində gecə klublarından birində atışma baş verib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 42 nəfər yaralanıb.

Atəş açan şəxs öldürülüb. Bu barədə Orlandonun polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib.

***

“Pulse” klubunda baş verən atışma nəticəsində 50 nəfər ölüb, 53 nəfər xəsarət alıb.