ABŞ-da gecə klubunda atışma - 28 yaralı var

abs-da-gece-klubunda-atisma
Oxunma sayı: 801

ABŞ-ın Arkanzas ştatında gecə klubunda yerli vaxtla 02:30-da atışma baş verib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bir-birinə düşmən iki qrup arasında baş verən atışma zamanı 25 nəfər yaralanıb.

3 nəfər isə çıxan izdiham nəticəsində xəsarət alıb.

Yaralananların 16 və 35 yaş aralığında olan gənclər olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.