ABŞ-da güclü zəlzələ baş verdi

abs-da-guclu-zelzele-bas-verdi
Oxunma sayı: 2807

ABŞ-ın Alyaska ştatında 7,8 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Tədqiqatlar İnstitutu məlumat yayıb. İnstitutun verdiyi məlumata görə, zəlzələnin episentri Perrivill bölgəsində qeydə alınıb. Zəlzələnin hiposentrinin 10 kilometr dərinlikdə olduğu bildirilib.

Zəlzələ sonrası Çiqnik şəhəri, Cənubi Alyaska, Alyaska yarımadası və Aleut adalarında sunami xəbərdarlığı edilib.