ABŞ-da hamilə reperə atəş açıldı - Video

abs-da-hamile-repere-ates-acildi
Oxunma sayı: 1841

ABŞ-da naməlum şəxslər “City Girls” duetinin üzvü Yun Mayaminin olduğu avtomobili atəşə tutublar. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TMZ” xəbər verib.

Portalın məlumatına görə, insident ifaçının səsyazma studiyasından qayıdarkən baş verib. Güllə avtomobilin təkərinə dəyib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Qeyd edək ki, Y. Mayami hamilə olduğunu iyun ayında açıqlamışdı. Duetin digər üzvü, JT səhnə adı ilə tanınan ifaçı dələduzluğa görə iki illik həbs cəzası çəkir.