ABŞ-da hava şarı faciəsi - Ölənlər var

abs-da-hava-sari-faciesi
Oxunma sayı: 3396

ABŞ-ın Nyu-Mexiko ştatında turistləri gəzdirən hava şarı elektrik xətlərinə çırpılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb.

Bildirilib ki, 13 min evə elektrik verilişini təmin edən yüksək gərginlikli xəttə çırpılan şar bir müddət sonra bir evin damına, turistlərin mindiyi gövdə hissəsi isə şəhərin bir küçəsinə düşüb.