ABŞ-da helikopter qəzasında 3 nəfər öldü

abs-da-helikopter-qezasinda-3-nefer-oldu
Oxunma sayı: 720

ABŞ-ın Havay ştatında helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, ştatın Kailua bölgəsində “R44 II” tipli helikopter avtomobil yoluna düşüb. Qəza nəticəsində 3 nəfər ölüb.

Məlumata görə, helikopter turistlər üçün gəzintilər təşkil edən turizm şirkətlərindən birinə məxsusdur.

Hazırda faktla bağlı araşdırma aparılır.