ABŞ-da hərbi bazada insident baş verib

abs-da-herbi-bazada-insident-bas-verib
Oxunma sayı: 863

ABŞ-ın Fort Styüart hərbi bazasında insident baş verib.

“Qafqazinfo” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə hərbi hissənin Facebook hesabında məlumat yayılıb.

Məlumata əsasən, qadın hərbi hissədə odlu silahdan atəş açıb. O, hərbi polis tərəfindən saxlanılıb. İnsident zamanı xəsarət alan olmayıb.

Hadisə terror aktı kimi qiymətləndirilmir. Qadına qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib.