ABŞ-ın Missisipi ştatında hərbi təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” “USA Today”ə istinadən xəbər verir ki, qəzaya uğrayan “S-130” tipli hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 6 nəfər olub. Qəzadan sonra yanğın baş verib.
Alov səbəbindən həlak olanların cəsədlərinin axtarışı çətinləşib. Xilasedicilər hələ ki, ölənlərdən 4-nün meyitinin qalıqları tapa biliblər.
Hadisə yerində axtarışlar davam edir.
***
ABŞ-ın Missisipi ştatında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
“Qafqazinfo” NBC telekanlına istinadən xəbər verir ki, ölənlərin sayı 16-ya çatıb.
Daha əvvəl qəza zamanı göyərtədə olan 6 hərbçinin öldüyü bildirilirdi.



Son xəbərlər
Son Xəbərlər