ABŞ-ın Nyu-York şəhərində bir cənazə evinin qarşısında iki yük maşınında ümumilikdə 100 nəfərin cəsədi tapılıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Nyu- Yorkun Bruklin inzibati rayonunda bir cənazə evinin qarşısında iki yük maşınından pis qoxunun gəlməsi sakinlərin şikayətinə səbəb olub.
Məhəllədə polis tərəfindən araşdırma başladılması nəticəsində iki yük maşınında 100 cəsədin saxlanıldığı müəyyən edilib. Yük saxlanan hissədə soyuducuların olmaması səbəbi ilə cəsədlərin çürüdüyü və bu səbəbdən qoxmağa başladığı bilirilib.
Bruklindəki cənazə evinin rəhbərliyi ölümlərin artmasına görə binada yer olmadığı üçün meyitlərin maşında saxlanıldığını etiraf edib.
Cəsədləri saxlanılan şəxslərin ölüm səbəbi isə açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər