COVID-19 pandemiyası səbəbindən ABŞ-da istehsal sənayesi keçən ay 11,2 faiz azalaraq 101 illik tarixində ən böyük geriləməsini yaşayıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bununla yanaşı emal sənayəsində də 13,7 faizlik rekord azalma müşahidə olunub. Avtomobil və ehtiyyat hissələri istehsalı 72 faizlik azalma ilə ən çox zərər görən sahələrdən olub.
Digər sektorlardan tekstil sahəsində 24 faiz, aviasiya sahəsində 22 faiz, mebel sahəsində isə 21 faizlik azalma qeydə alınıb. Emal sənayesindəki bu göstəricilərin 2-ci dünya müharibəsi ərəfəsindəki vəziyyətlə oxşarlıq təşkil etdiyi bildirilib. Daha sonrakı dövrdə ən böyük azalma 3,5 faizlik göstərici ilə 2008-ci il baş verən Dünya Maliyyə Böhranı zamanı müşahidə olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər