ABŞ-da kafedə partlayış - 1 ölü, 15 yaralı

abs-da-kafede-partlayis
Oxunma sayı: 750

ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində bir kafedə partlayış baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, qaz sızmasının səbəb olduğu partlayışdan sonra bina tamamilə uçub. Hazırda dağıntılar altında qalanların xilas edilməsi üçün tədbirlər görülür.

Yaxınlıqdakı digər binalar isə təhlükəsizlik məqsədilə boşaldılıb.