ABŞ-da kimyəvi maddə sızdı - 2 ölü, 4 yaralı

abs-da-kimyevi-madde-sizdi
Oxunma sayı: 947

ABŞ-da “LyondellBasell” şirkətinə məxsus zavodda kimyəvi maddə sızıntısı baş verib.

“Qafqazinfo” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Texas ştatında yerləşən zavodda sirkə turşusu sızması olub. Nəticədə, 2 nəfər ölümcül yaralanıb, daha 4 nəfər isə yanıq yaraları ilə xəstəxanaya yerləşdirilib.

Sızıntını dayandırmaq mümkün olub. Havanın keyfiyyəti ilə bağlı aparılan monitorinqin nəticələrinə görə, yerli əhali üçün heç bir təhlükə yoxdur.

Hazırda hadisə yerinə qəza xidmətinin əməkdaşları cəlb olunub.