ABŞ-da kimyəvi maye sızıntısı oldu - 6 nəfər öldü

abs-da-kimyevi-maye-sizintisi-oldu
Oxunma sayı: 905

ABŞ-ın Corciya əyalətində quşçuluq təsərrüfatında maye azot sızması nəticəsində azı 6 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilir ki, 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada keçinib. 10-dan çox insanın yaralandığı deyilir. Onlardan 4-ü hadisə yerinə gələn yanğınsöndürənlərdir. 130 işçi təxliyyə olunub, onları həkimlər nəzarətə götürüb.