ABŞ-da kollecdə silahlı insident olub

abs-da-kollecde-silahli-insident-olub
Oxunma sayı: 812

ABŞ-ın Miçiqan ştatında Motta adına kollecdə silahlı insident baş verib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, naməlum silahlı şəxs kollecə daxil olaraq ətrafa atəş açıb.

Ölən və yaralananlar haqqında məlumat yoxdur.

İnsidentin baş vermə səbəbi bilinmir.

Polis şübhəli şəxsin tutulması ilə bağlı araşdırmalara başlayıb.