ABŞ-da Kapitoliyanın binasında atəş səsləri eşidilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İlkin məlumata görə, atışma Kapitoliyanın turizm mərkəzində olub. Hadisə nəticəsində bir polis əməkdaşının xəsarət aldığı, atəş açan şəxsin isə saxlanıldığı deyilir.
Polislər Konqresin binasını boşaldıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər