ABŞ-da koronavirus qurbanlarının sayı 2500-ü keçdi

abs-da-koronavirus-qurbanlarinin-sayi-2500-u-kecdi
Oxunma sayı: 1108

ABŞ-da koronavirusdan ölənlərin sayı 2513-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti açıqlama yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 143 minə yaxınlaşır. 4,865 insan sağalaraq evinə buraxılıb.

Ölüm hallarının sayına görə Nyu-York ştatı (776) ilk yerdə qərarlaşıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 737,577-yə çatıb.