ABŞ-da koronavirus qurbanlarının sayına görə 3-cü antirekord

abs-da-koronavirus-qurbanlarinin-sayina-gore-3-cu-antirekord
Oxunma sayı: 2980

ABŞ-da son sutka ərzində koronavirusdan rekord sayda insan  ölüb. Belə ki, ölkədə 1 973 nəfər COVID-19-un qurbanı olub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Ümumilikdə ABŞ-da indiyədək 430 376 koronavirusa yoluxma halı qeydə alınıb. 14 739 nəfər vəfat edib, 23 707 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, daha əvvəlki antirekordlar aprelin 7-də (1,7 min ölü) və aprelin 3-də (1,4 min ölü) qeydə alınmışdı.