ABŞ-da koronavirus qurbanlarının xatirəsi yad ediləcək

ABŞ-da koronavirus qurbanlarının xatirəsi yad ediləcək
Oxunma sayı: 531

ABŞ-da koronavirus qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqları endiriləcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkə Prezidenti Donald Tramp Tvitter səhifəsində bildirib.

“Mən koronavirus səbəbindən həyatını itirmiş amerikalıların xatirəsini yad etmək üçün növbəti 3 gün ərzində bütün federal binalarda və milli abidələrdə bayraqları endirəcəyəm”, - Ağ Ev rəhbəri yazıb.

Tramp əlavə edib ki, bazar ertəsi vətənlərinin azadlığı uğrunda canından keçənlərə ehtiram günündə (Xatirə Günü) də bayraqlar endiriləcək.

Qeyd edək ki, ən son məlumatlara görə, ABŞ-da 94 mindən çox insan koronavirusun qurbanı olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi