“ABŞ-da koronavirus xəstələri səhlənkarlıqdan ölür” - Video

abs-da-koronavirus-xesteleri-sehlenkarliqdan-olur
Oxunma sayı: 2134

ABŞ-da Nikol Sirotek adlı bir tibb bacısı ölkədə tibb sahəsində səhlənkarlıq olduğunu və insanların buna görə öldüyünü iddia edib.

“Qafqazinfo” “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, koronavirusa görə müalicə olunan və sağalma ehtimalı aşağı olan xəstələrin tənəffüs aparatlarının ən kiçik bəhanələrlə “tok”dan çıxarıldığını bildirib. Sirotek, həmçinin qaradərili xəstələrə qarşı da ayrıseçkiliyin olduğunu qeyd edib.

“Artıq qanuni olaraq nə edəcəyimi bilmirəm. Hətta müdafiə qrupları da bu insanlar haqqında heç bir iş görmürlər. Qaradərili insanların həyatı burada vacib deyil. Vəziyyət çox pisdir. Minlərlə insan səhlənkarlıqdan ölür”,- deyə o, bildirib.