ABŞ-da koronavirusdan ilk ölüm daha əvvəl olub - Tarix açıqlandı

abs-da-koronavirusdan-ilk-olum-daha-evvel-olub
Oxunma sayı: 3355

ABŞ-da koronavirusdan ilk ölümün bilinən tarixdən ən az 3 həftə əvvəl baş verdiyi ekspertiza yolu ilə müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kaliforniya Santa Klara Təcili Tibbi Yardım Mərkəzi açıqlama yayıb.

Açıqlamada məhkəmə tibb mütəxəssisi 6 və 17 fevral tarixlərində həyatını itirən iki nəfərin meyiti üzərində aparılan ekspertizanın nəticələrini Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) göndərdiyini və CDC-nin ölüm səbəblərini COVID-19 olaraq təsdiqlədiyini bildirib.

Buna qədər mütəxəssislər ABŞ-da koronavirusdan ilk ölümün 29 fevralda Vaşinqtonda baş verdiyini güman edirdilər.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 849 092-yə çatıb, 47 681 nəfər xəstəlik səbəbindən həyatını itirib.