ABŞ-da koronavirusdan ölən şəxs seçkini “qazandı”

abs-da-koronavirusdan-olen-sexs-seckini-qazandi
Oxunma sayı: 4204

ABŞ-ın Şimali Dakota ştatında koronavirusdan həyatını itirən respublikaçı namizəd Devid Endal Konqresə seçkilərdə qalib gəlib.

“Qafqazinfo” “Usa today” qəzetinə istinadən xəbər verir ki, namizəd oktyabrın 5-də, yəni erkən seçkilər başladıqdan sonra vəfat etdiyi üçün onun adı namizədlər siyahısından çıxarılmayıb.

Respublikaçılar komitə vasitəsilə Endalın yerinə təyin etmək üçün başqa namizəd seçəcəklər. Ancaq bununla yanaşı seçicilərin təkrar seçki tələb etmək hüququ var.