ABŞ-da koronavirusdan ölənlərin sayı 137 mini ötdü

abs-da-koronavirusdan-olenlerin-sayi-137-mini-otdu
Oxunma sayı: 1585

ABŞ-da son 24 saat ərzində daha 40 744 nəfər koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların sayı 3,332,530-a çatıb.

Son sutkada daha 540 nəfər virusun qurbanı olub. Ümumi ölüm sayı isə 137 211-dir.

Ölkədə indiyədək Covid-19-a yoluxanlardan 1,479,618-i sağalıb. Aktiv xəstələrin sayı isə 1,715,701-dir.