ABŞ-da koronavirusdan ölənlərin sayı 16 mini keçdi

abs-da-koronavirusdan-olenlerin-sayi-16-mini-kecdi
Oxunma sayı: 1152

ABŞ-da koronavirusdan ölənlərin sayı 16 246 nəfərə çatıb.

"Qafqazinfo" xəbər verir ki, son sutka ərzində ölkədə 1 458 ölüm faktı qeydə alınıb.

Bu gün Covid-19-a yoluxanların sayı isə 22 165 nəfərdir.

Qeyd edək ki, indiyədək ABŞ-da 457 092 yoluxma qeydə alınıb. Onlardan 24 579-u sağalıb.