ABŞ-da koronavirusdan ölənlərin sayı 25 mini keçdi

abs-da-koronavirusdan-olenlerin-sayi-25-mini-kecdi
Oxunma sayı: 1063

ABŞ-da koronavirusdan ölənlərin sayı 25 min 795 nəfərə çatıb.

“Qafqazinfo” worldometer.info-ya istinadən xəbər verir ki, sutka ərzində Amerikada 2154 nəfər Covid-19-dan dünyasını dəyişib. 22 min 673 nəfərdə isə infeksiya aşkarlanıb.

Koronavirusa yoluxanların ümumi sayı 609 min 614 nəfər təşkil edir. 38 min 479 nəfər isə xəstəliyə qalib gəlib.