ABŞ-da koronavirusdan ölənlərin sayı artmaqdadır

abs-da-koronavirusdan-olenlerin-sayi-artmaqdadir
Oxunma sayı: 1781

ABŞ-da koronavirus qurbanlarının sayı 110 mini ötüb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Ölkədə ümumilikdə 110 028 nəfər koronavirusdan dünyasını dəyişib. Koronavirusa yoluxanların sayı 1 927 428 təşkil edir, 500 mindən çox pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.