ABŞ-da COVID-19 xəstəliyi səbəbindən həyatını itirənlərin sayı rəsmi rəqəmlərdən daha çox ola bilər.
“Qafqazinfo” “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında məlumat verilib.
Hesabatda Nyu-York şəhərində və 7 ştatda 8 mart-11 aprel tarixləri arasında baş verən həftəlik ölüm sayı ilə keçən illərin eyni dövrlərində qeydə alınan ölüm sayı arasında müqayisə aparılıb.
Mərkəzin yayımladığı hesabatdakı koronavirusdan ölüm statistikası ilə ümumi ölüm statistikasını müqayisə edən nəşr heç bir test aparılmadığı üçün COVID-19 diaqnozu qoyulmayan 9000 ölümün ola biləcəyini irəli sürüb.
Hesabata görə, Nyu-Yorkda ölüm sayı əvvəlki illərə nisbətən orta hesabla 325 faiz artaraq bu il sayca 11 900 əlavə ölüm halı qeydə alınıb. Bununla belə Nyu-Yorkda koronavirusdan rəsmi olaraq 10 261 ölüm təsdiqlənib. Nəşrin iddiasına görə, aradakı 1 700 ölüm fərqi test aparılmadığından qeydə alınmamış koronavirus qaynaqlı ölüm halları ola bilər.
Digər şəhərlərə gəldikdə bu fərq Nyu-Cersi-də 3 000, İllinoys ştatında 700, Miçiqan ştatında 600, Massaçusetsde 500, Merilenddə 500 və Koloradoda 300 olaraq eydə alınıb.
Qeyd edək ki, ABŞ-da koronavirusa 1 035 765 insan yoluxub, 59 266 nəfər xəstəlik səbəbindən həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər